IQNA

 Almaniyanın "əl-Əqsa" came məscidinə hücum edilib

20:09 - November 14, 2020
Xəbər sayı: 3488618
Tehran (IQNA)  - Naməlum radikal irqçi şəxslər cari həftənin Cümə Axşamı günü, 12 Noyabr 2020-ci il, Almaniyanın Berlin şəhərinin "əl-Əqsa" came məscidinə hücum ediblər.

Naməlum radikal irqçi şəxslər cari həftənin Cümə Axşamı günü, 12 Noyabr 2020-ci il, Almaniyanın Berlin şəhərinin "əl-Əqsa" came məscidinə hücum ediblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi)  verdiyi xəbərə görə, bu barədə Berlinin əl-Əqsa came məscidinin idarə heyətinin rəisi Şinasi Yaşar məlumat verib.

O deyib: Cümə Axşamı günü Sübh namazı üçün məscidə girən mütəvəlli (məscidin xuddamı) məscidin divar və şüşələrinə irqçi şüarların yazıldığını görüb.

Almaniyanın Türk-İslam Birliyinə (DITIB) aid bu məscidin məsulları hadisə ilə bağlı polisə məlumat veriblər.

Şinasi Yaşar vurğulayıb ki, məscid bundan öncə də naməlum şəxslərin irqçi və islamofob hücumlarına məruz qalmışdı.  

O, bu hücumu pisləyərək qeyd edib ki, müsəlmanlar dil, din və irqindən asılı olmayaraq hamı ilə sülhamiz və tolerant yaşamağa çalır.

Qeyd edək ki, cari həftədə Almaniyanın Hamburq şəhərinin "əl-Muradiyyə" məscidi də naməlum şəxslər tərəfindən islamofob hücuma məruz qalmış və məscidin divarlarına müsəlmanları və türkləri təhqir edən sözlər yazılmışdı.  /3934900

Teqlər: əl-əqsa ، məscid ، berlin ، islamofobiya
captcha